Barak Obama senatorlara Suriyaya dair səsverməni təxirə salmağı təklif edib

Barak Obama senatorlara Suriyaya dair səsverməni təxirə salmağı təklif edib

11 Sentyabr 2013 09:34
Bəyəndim (0) Bəyənmədim (0)
Bu barədə “Politico” qəzeti qapalı görüşdəki mənbələrinə istinadən məlumat yayıb

ABŞ prezidenti Barak Obama ötən gün senatorlarla keçirilmiş qapalı görüşdə Suriyaya hərbi müdaxilə ilə bağlı Senatın səsverməsini münaqişənin mümkün diplomatik həlli variantına baxılanadək təxirə salmağı təklif edib.

Apa-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Politico" qəzeti qapalı görüşdəki mənbələrinə istinadən məlumat yayıb. Qeyd edək ki, Rusiya Suriyanın malik olduğu kimyəvi silahı beynəlxalq nəzarətə verilməsi təklifi ilə çıxış edib, Suriya hakimiyyəti isə bu təşəbbüsü dəstəkləyib. BMT və Ağ Evdə bu təklifi nəzərdən keçirmək niyyətində olduqlarını bəyan ediblər.

O.M.