Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü başa çatıb

Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü başa çatıb

19 Fevral 2014 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gəncə şəhərində keçirilən üçtərəfli görüş başa çatıb.

Hazırda nazirlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşürlər.Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəyi və Gəncə Bəyannaməsi qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu gün Azərbaycana gəliblər. Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin əvvəlcə ikitərəfli, sonra isə üçtərəfli görüşləri keçirilib./apa/