Nazirlər Kabineti "İncirlik"lə bağlı açıqlama verdi

Nazirlər Kabineti "İncirlik"lə bağlı açıqlama verdi

13 Oktyabr 2014 17:33
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə "İslam Dövləti" yaraqlılarına zərbələr endirmək üçün "İncirlik" aviabazasını ABŞ-a verməyib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Nazirlər Kabineti xəbər yayıb.

Məlumata görə, ABŞ və Türkiyə hazırda "İslam Dövləti" yaraqlılarına zərbələr endirmək üçün "İncirlik" aviabazasını verilməsi haqqında danışıqlar aparır.

Bundan əvvəl Türkiyənin "İslam Dövləti" yaraqlılarına zərbələr endirmək üçün "İncirlik" aviabazasını ABŞ-a verdiyi bildirilmişdi.

Mediainfo.az