Ukrayna ordusu 40 muzdlunu məhv etdi
Ukrayna ordusu Mariupol istiqamətində gedən döyüşlərdə rəqibin 40 muzdlusunu və onlarla hərbi texnikasını məhv edib.
Ukraynanın TSN telekanalının saytı xəbər verir ki, bu barədə antiterror qərargahının "M" sektorunun mətbuat mərkəzinin rəhbəri Dmitri Çalıy "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, Ukrayna ordusunun Mariupol yaxınlığındakı mövqeləri ötən gecə 5 dəfə atəşə tutulub: "Dəqiqləşdirilən məlumata görə, antiterror gücləri cavab atəşi ilə rəqibin hərbi texnikasının təxminən 10 vahidini və 40 döyüşçüsünü məhv edib".
Dmitri Çalıy həmçinin bildirib ki, antiterror güclərinin şəxsi heyətində itki yoxdur.
Mediainfo.az
Digər xəbərlər