ABŞ ordusu İraqa yeridilə bilər
ABŞ Quru Qüvvələrinin Qərargah rəisi Reymond Odierno rəsmi Bağdadın yaxın aylarda İŞİD-lə mübarizədə uğur əldə edə bilməyəcəyi halda, İraqa ABŞ qoşunlarının yeridilməsi məsələsini nəzərdən keçirməyi təklif edib.
apa-nın BBC-yə istinadən verdiyi xəbərə görə, R. Odierno ABŞ ordusunun İŞİD-ə qarşı döyüşlərdə əsas deyil, köməkçi qüvvə qismində iştirakının mümkün olduğunu bildirib. Qeyd edək ki, 60 yaşlı general 2008-ci ildən 2010-cu ilədək İraqda beynəlxalq koalisiya qüvvələrinə rəhbərlik edib. Hazırda İraqda olan 4500 amerikalı hərbçi yerli hərbçilərə təlim keçir.
Mediainfo.az
Digər xəbərlər































































































