Çexiyadan kürdlərə 6 min silah yardımı
Çexiya İŞİD-lə döyüşmək üçün kürdlərə silah göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə Çexiyanın Müdafiə naziri Martin Stropnitski deyib. "6 min silah, qumbara və güllənin önümüzdəki həftələrdə göndərilməsi planlaşdırılır", - Stropnitski bildirib.
Məlumata görə, kürdlərə silahlar ABŞ və İngiltərə təyyarələri vasitəsilə daşınacaq.
Qeyd edək ki, Stropnitski silahların PYD-yə, yoxsa Şimali İraq Kürd Regional Birliyinə göndəriləcəyini bildirməyib.
Mediainfo.az
Digər xəbərlər