Prezidentlə baş nazir arasında gərginlik artıb
Ermənistan prezidenti Serj Sarkisyanla baş nazir Ovik Abramyan arasındakı münasibətlər gərginləşib.
"Aykakan Jamanak" qəzetində yer alan məlumatda bildirilir ki, buna səbəb hakim koalisiyanın formalaşdırılması ilə bağlı aparılan danışıqlar zamanı yaranmış ziddiyyətlərdir.
Nəşrin iddiasına görə, S. Sarkisyan ƏN-nin formalaşdırılmasını "Daşnaksutyun" partiyasına həvalə etmək və qurumun rəhbəri vəzifəsinə bu partiyadan olan Arçvik Minasyanı təyin etmək istəyir. O. Abramyan isə hazırki ədliyyə naziri Arpin Ovannisyanın vəzifəsində qalmasına təkid edir. Konkret olaraq o, Minasyanı regionlardan birinin qubernatoru təyin etməyə çalışır. Minasyan isə özünü qubernator kreslosunda görmədiyini bildirir. (apa)
Mediainfo.az