Avropa Birliyindən şok açıqlama: “Türkiyədə həbs edilənlərin siyahısı öncədən hazırlanıb”
Türkiyə hökuməti əvvəlcədən həbs ediləcək şəxslərin siyahısını hazırlayıb.
Bunu Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin iclasından öncə jurnalistlərə açıqlamasında Genişlənmə və Qonşuluq Siyasəti üzrə avrokomisar Yohannes Xan söyləyib. Onun sözlərinə görə, Türkiyədə hazırkı həbslər zamanı beynəlxalq standartlar tətbiq olunmur. O, həbs siyahısının lazım olan an istifadə edilməsi üçün hazırlandığını bildirib.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Nəticədə 290 nəfər həyatını itirib, onlarla general həbs edilib.
Mediainfo.az
Digər xəbərlər