Dövlət departamentinin rəsmisi  Azərbaycana səfərə gələcək

Dövlət departamentinin rəsmisi Azərbaycana səfərə gələcək

2 Fevral 2018 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio Azərbaycana səfərə gələcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Syu Saarnio Bakıda fevralın 15-də baş tutacaq Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının dördüncü iclasında iştirak edəcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 29-da, üçüncüsü isə ötən il fevralın 23-də baş tutub.