Türkiyə sərhədi pozan yunan əsgərlərini həbs etdi
Türk əsgərləri Meriç çayı yaxınlığında sərhəd pozuntusuna yol vermiş 2 yunan əsgərini saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Yunanıstan Quru Qoşunları komandanlığından bildirilib.
Yunan əsgərləri Şimali Evros bölgəsində Kastanies yaxınlığında patrul nəzarətini həyata keçirərkən kəskin hava şəraiti səbəbindən yollarını azaraq Türkiyə sərhədlərinə daxil olub. Sərhədi pozan yunan əsgərləri saxlanılaraq Ədirnəyə göndərilib.
Yunanıstan Quru Qoşunları komandanlığının açıqlamasında əsgərlərin qaytarılması istiqamətində rəsmi Ankara ilə təmasların başladıldığı qeyd olunub.
Digər xəbərlər