ABŞ bazasına hücum: “Fərat qəzəbi” başladı

ABŞ bazasına hücum: “Fərat qəzəbi” başladı

2 Aprel 2018 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rakkadakı xalq milis dəstələrinin döyüşçüləri Suriyanın Eyn-İssa şəhərindəki ABŞ bazasına hücum ediblər.

Axar.az xəbər verir ki, hücum zamanı minaatanlardan istifadə edilib.

Milis dəstələri yaydıqları açıqlamada ABŞ, Türkiyə və onların müttəfiqlərinin Suriyanın şimalındakı mövcudluğunu qəbul etməyəcəklərini açıqlayıblar. Onlar ABŞ, Türkiyə və müttəfiqlərinə qarşı "Fərat qəzəbi" əməliyyatını başlatdıqlarını bildiriblər.