İran ABŞ-a xəbərdarlıq etdi

İran ABŞ-a xəbərdarlıq etdi

20 Aprel 2018 06:55
Bəyəndim (0) Bəyənmədim (0)

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif nüvə sazişindən imtinanın fəsadları barədə ABŞ-a xəbərdarlıq edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ABŞ İranın nüvə proqramına dair sazişi tərk edəcəyi təqdirdə, Tehran öz maraqlarına uyğun şəkildə addımlar ataraq, lazımi tədbirlər görəcək.

"İranın görəcəyi tədbirlər və beynəlxalq ictimaiyyətin reaksiyası amerikalılar üçün heç də ürəkaçan olmayacaq", - deyə M.Zərif bildirib.