Konstitusiya Məhkəməsi və Rabitə Nazirliyinin saytları haker hücumuna məruz qaldı
Azərbaycan Konstitusiya Məhkəməsinin rəsmi saytı (www.constcourt.gov.az) haker hücumuna məruz qalıb. Məhkəmədən APA-ya bildiriblər ki, məsələdən xəbərləri yoxdur. Bundan başqa bir qədər əvvəl Rabitə və İnformasiya Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin (http://rabita.az) saytı da hakerlər tərəfindən dağıdılıb. Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də rəsmi saytlarına analoji haker hücumları olub.
O.M.
Digər xəbərlər