Ermənistan və Gürcüstan arasında hərbi əməkdaşlıq genişləndirilir
Ermənistan və Gürcüstan biri-birlərinin bölgədəki maraqlarına hörmət edir və Cənubi Qafqazın təhlükəsiz və çiçəklənən gələcəyinə inanırlar.
Mediainfo.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan və Ermənistan müdafiə nazirləri Levan İzoriya və David Tonoyan tərəfindən Yerevanda keçirilən mətbuat konfransında bildirilib. Brifinqdə David Tonoyan: "Biz Ermənistan və Gürcüstan arasında müdafiə səviyyəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu əsasda da 2019-cu ildə iki ölkə arasında hərbi əməkdaşlıq barədə anlaşma imzaladıq",-deyib.
Öz növbəsində Gürcüstan Müdafiə naziri Levan İzoriya Ermənistanla hərbi sahədə əməkdaşlığın daha da dərinləşdiriləcəyini vurğulayıb.
Digər xəbərlər