Qazaxıstan Prezidenti Yaxın Şərqdəki vəziyyətlə bağlı müşavirə keçirib

Qazaxıstan Prezidenti Yaxın Şərqdəki vəziyyətlə bağlı müşavirə keçirib

8 Yanvar 2020 19:15
Bəyəndim (1) Bəyənmədim (0)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ-İran münaqişəsi fonunda Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar Prezident Administrasiyasının rəhbərliyi, Baş Nazirin müavini, Təhlükəsizlik Şurasının katibi, Milli Təhlükəsizlik Komitəsinin sədri, Xarici İşlər, Müdafiə, Daxili İşlər nazirləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüş keçirib.

Oxumeni.az xəbər verir ki, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə gərginləşməsindən narahatlığını ifadə edən Qazaxıstan Prezidenti yaranmış gərginliyin BMT vasitəsilə diplomatik metodların və vasitələrin tətbiqi, eləcə də ikitərəfli təmaslar və danışıqlar yolu ilə aradan qaldırılacağına inandığını bildirib.

Kasım-Jomart Tokayev Qazaxıstanın Yaxın Şərqdəki nümayəndəliklərinin əməkdaşlarının, şirkətlərinin işçilərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək, dövlətin milli maraqları üçün böyük əhəmiyyət kəsb edən məlumatların alınması və təhlili ilə bağlı işlərin intensivləşdirilməsi barədə tapşırıqlarını verib. Bildirib ki, gərginləşən beynəlxalq vəziyyət fonunda Qazaxıstanın siyasi-iqtisadi inkişafına və müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az