Donald Tramp KXDR lideri Kim Çen Inı ad günü münasibəti ilə təbrik edib
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya Prezidenti Mun Ce-in vasitəsilə KXDR lideri Kim Çen Ina rəsmi ad günü təbriki göndərib. Şimali Koreya liderinin ad günü yanvarın 8-nə təsadüf edir.
Oxumeni.az Yonhap agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreya prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çon Iy Yonun sözlərinə görə, Koreya Respublikası prezidentinin administrasiyası Donald Trampın məktubunu KXDR rəhbərliyinə çatdırıb.
2019-ilin iyununda KXDR və ABŞ liderləri demilitarizasiya zonasına səfər öncəsində də məktublaşmışdılar.
Xatırladaq ki, 2019-cu il iyunun 30-da KXDR və ABŞ liderləri demilitarizasiya zonasında yerləşən Phanmuncom yaşayış məntəqəsində görüşmüşdülər. Donald Tramp görüş zamanı iki dövlət arasındakı demarkasiya xəttini keçərək Şimali Koreya ərazisinə ayaq basan ilk ABŞ prezidenti olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az






























































































