İrana qarşı yeni sanksiyalar tətbiq olunub
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bu dəfə İranın 8 nəfər yüksəkvəzifəli şəxsinin adı sanksiyalar siyahısına əlavə olunub.
Oxumeni.az xəbər verir ki, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri Əli Şəmxaniyə qarşı da sanksiya tətbiq edilib. Bundan başqa, İranın 13 metallurgiya və 2 alüminium istehsalı ilə məşğul olan şirkətləri qadağalara məruz qalıb. İranın Çində fəaliyyət göstərən iki şirkətinə və 1 yük daşıyan gəmisinə də sanksiya şamil edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər