Nikol Paşinyan istintaq komitəsində ifadə verib

Nikol Paşinyan istintaq komitəsində ifadə verib

15 Yanvar 2020 12:41
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinyan ifadə vermək üçün bu gün istintaq komitəsinə gedib.

Oxumeni.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə Paşinyan özünün Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, ölkənin fəaliyyətdə olan rəhbəri Ermənistan tarixində ilk dəfə olaraq istintaq komitəsinin çağırışı ilə gəlir və müstəntiqin kabinetində sualları cavablandırır.

Baş nazir hansı iş barədə ifadə verdiyini açıqlamayıb.

Paşinyan istintaq komitəsinin binasından çıxdıqdan sonra jurnalistlərin suallarına cavab verməkdən imtina edib. News.am internet portalının məlumatına əsasən, baş nazirin dindirilməsi 40 dəqiqə çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az