Tanınmış müğənninin meyiti tapıldı

Tanınmış müğənninin meyiti tapıldı

24 Oktyabr 2014 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rok musiqisinin tanınmış ifaçılardan olan Alvin Stardust 72 yaşında dünyasını dəyişib. Türkiyə mediasına istinadən verdiyi məlumata görə, dünən Londondakı evdə prostat vəzi xərçəngindən əziyyət çəkən müğənninin cəsədi tapılıb.

Qeyd edək ki, əsil adı Bernard Vilyam Cerri olan Stardust 1942 ildə Londonda doğulub. O, səhnə fəaliyyətinə 1961-ci ildən başlayıb. Onun vaxtı ilə ifa etdiyi "My Coo Ca Choo", "Jealous Mind" ve "I Feel Like Buddy Holly" mahnıları dünya rok tarixinə düşüb və böyük kütlənin rəğbətini qazanıb.

Mediainfo.az