Orhan Gencebay ölümdən döndü - FOTO
Mediainfo.az xəbər verir ki, dünən üç ünlü sənətçi – Orhan Gencebay, Oya Aydoğan və Sevim Semre Arnavutköydəki "Atlas Balık Restoranı"na gediblər. Şam yeməyi zamanı badamdan öskürməyə başlayan Orhan Gencebayın nəfəsi kəsilməyə başlayıb. Korifey sənətçinin bir andaca rəngi göyərib. Baş verənlərdən qorxuya düşən restoranın əməkdaşları dərhal ilkin tibbi yardım göstəriblər. Orhan Gencebayın xirtdəyində qalan badam çətinliklə də ola çıxarılıb. Yalnız bundan sonra sənətçi rahat nəfəs almağa başlayıb.
Günel Həbib
Digər xəbərlər