Bakıdakı "Formula-1"-in qalibi qəzaya düşdü
Avstriyanın Şpilberq icmasındakı "Red Bull Rinq"də Formula-1 yarışlarının növbəti mərhələsi keçirilir
Turnirin lideri Niko Rosberq qəzaya düşüb, bolidin ötürmə qurğusu dağıldığından onu cərimə gözləyir.
"Mercedes" komandasının pilotu Avstriya Qran-prisində üçüncü sərbəst yürüş zamanı döngədə avtomobilinin arxa sol asqısı qırıldığından idarəetməni itirib və bolid maneəyə çırpılıb.
Üçüncü sərbəst yürüşü "Ferrari"dən olan digər alman pilot, Sebastyan Fettel 1 dəq. 7.098 san. göstərici ilə qazanıb. İkinci onun komanda yoldaşı Kimi Raykkonen, üçüncü isə "Mercedes"in hazırki dünya çempionu Lüis Hemilton olub.
Xatırladaq ki, Niko Rosberq Bakıda keçirilən Avropa Qran-prisində qalib gəlmişdi.
Mediainfo.az
Digər xəbərlər