Zlatan İbrahimoviç Həbib Nurməhəmmədovu dəstəkləyib
Məşhur futbolçu Zlatan İbrahimoviç yüngül çəki dərəcəsində keçirilən UFC çempionu Həbib Nurməhəmmədova dəstəyini ifadə edib. Oxuməni.az championat.com-a istinadən xəbər verir ki, İbrahimoviç Nurməhəmmədovun 2018-ci ilin oktyabrında baş tutan Konor Makqreqorla görüşdən əvvəl keçirdiyi mətbuat konfransında çıxışının videofraqmentini "İnstaqrama" nın "storiz" Ina yerləşdirib.
Xatırladaq ki, Həbib keçirdiyi mətbuat konfransında Mcgregor 'u məğlub edəcəyini bildirərək " Alhamdulillah!"- demişdi.
Nurməhəmmədovun sonuncu rəqibi Dustin Porye idi. Rusiya idmançısı 2019-cu ilin sentyabrında keçirilən görüşdə amerikalını məğlub edib. Onun hesabında 28 oyunda 28 qələbə var.
Oxuməni.az
Digər xəbərlər