Dünyanın ən gözəl qadının adı açıqlandı

Dünyanın ən gözəl qadının adı açıqlandı

Bəyəndim (2) Bəyənmədim (0)

Britaniyalı plastik cərrah Culyan de Silva dünyanın ən gözəl qadınının adını açıqlayıb. Oxuməni.az “Lenta.ru”ya istinadla xəbər verir ki, müvafiq məlumat onun rəsmi saytında dərc olunub.

Belə ki, amerikalı aktrisa Emma Stoun ən gözəl qadın seçilib. Həkim onun üzünü qızıl kəsik qaydasına uyğunlaşdırıb. Məlum olub ki, məşhur ulduz ideal qaşlara (94,2 faiz), çənə xəttinə (97 faiz) və dodaqlara (95,6 faiz) sahibdir.

İkinci yeri həkim "Efforiya" serialının ulduzu Zendayaya verib. "O, demək olar ki, bütün kateqoriyalarda yaxşı nəticələr göstərib. Dodaqlar (99,5 faiz), gözlər (97,3 faiz), alın (98 faiz). Ümumi qiyməti burun və dodaqların yerləşməsi, həmçinin qaşların formasına görə aşağı düşüb", - deyə cərrah izah edib.

Bundan əlavə, reytinqə 94,34 faiz göstəricisi ilə hind aktrisası Frida Pinto daxil olub. Ondan sonra isə "Forsaj" və "Fantastik dördlük" filmlərinin ulduzu, kolleqası Vanessa Kirbi gəlir. Aktrisanın nəticəsi 94,31 faiz təşkil edib.

Dünyanın ən gözəl qadınları siyahısının son yerlərini Cenna Orteqa (93,91), Olivia Rodrigo (93,71), Marqo Robbi (93,43), Ayşvariya Ray (93,41), Tan Vey (93,08) və Beyons (92,4) tutub.

Almaz Həsənli