Göyçayda Nar bayramı qeyd olunur
Müğənnilərimiz nar yeməyə axışmaqdadır
Bu gün Göyçay rayonunda Nar bayramı qeyd olunur. Şəhər əhli hər il olduğu kimi bu il də bayramı təmtəraqla qeyd etməkdədir. Eləcə də paytaxt Bakıdan Göyçaya tələsənlər var. Havanın gözəlliyindən istifadə edənlər həm ticarət, həm ziyarət deyərək Nar bayramında iştirak etmək fürsətini əldən buraxmaq istəmirlər.
Onu da vurğulayım ki, xalq artisti Zülfiyyə Xanbabayeva, Günay İbrahimli və bir çox sənət nümayəndələri konsert proqramında çıxış etmək məqsədilə Göyçaya yola düşüblər.
Nar Bayramınız mübarək! Əziz göyçaylılar!
Nar bayramından çəkilən şəkilləri göndərən OXUcumuza minnətdarıq!
Hazırladı: Könül Aypara
Digər xəbərlər
































































































