Sevdiyi qızdan rədd cavabı alan gənc intihara əl atdı

Sevdiyi qızdan rədd cavabı alan gənc intihara əl atdı

7 İyun 2018 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

2001-ci il təvəllüdlü Bəxtiyarlı Şahlar Özbəy oğlu özünü Xırdalan dairəsi yaxınlığındakı körpüdən atıb. 17 yaşlı gənc yol ilə hərəkət edən "Mersedes" markalı avtomobilin üzərinə düşüb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırmalara başlanılıb. İlkin araşdırmalar zamanı gəncin sevdiyi qızdan rədd cavabı almasına görə intihar etməsi məlum olub.(olke.az)