Bakının mərkəzini tüstü bürüdü – insanlar təşvişdə - VİDEO
Bakı şəhərinin Yasamal rayonunda açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.
***16:12
Bakıda yanğın hadisəsi baş verib.
Hadisə Yasamal rayonunda, Nizami küçəsi 1 ünvanı ilə Nəriman Nərimanov heykəli arasında yerləşən yaşıllıq ərazidə qeydə alınıb. Ərazidə kolluq qəfildən alışıb və yanmağa başlayıb. Nəticədə geniş yaşıllıq od tutub.
Qısa zaman ərzində qara tüstü ətrafı bürüyüb. Havanın küləkli olması isə alovun genişlənməsinə səbəb olub.
Əraziya yanğınsöndürənlər hadisə baş verəndən 20 dəqiqə sonra gəliblər.

Baku.vvs
Digər xəbərlər





































































.jpg)

























