Trampa pis xəbər: yaxın adamı barədə qərar verildi
ABŞ-da prezident seçkiləri ərəfəsində Donald Trampın seçki kampaniyasını aparan Paul Manafort həbs ediləcək.
Axar.az xəbər verir ki, bölgə hakimi Emi Berman Cekson şahidlərə təzyiq göstərdiyinə görə Manafort haqqında həbs qərarı çıxarıb.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərinə Rusiyanın müdaxiləsi barədə istintaqda adı hallanan, çirkli pulların yuyulmasında və vergidən yayınmaqda ittiham edilən Manafort bundan öncə məhkəmənin qərarı ilə 6 aylıq ev həbsinə məhkum edilib.
Digər xəbərlər





































































.jpg)

























