Yaponiyada raket buraxılışı uğursuzluqla nəticələnib

Yaponiyada raket buraxılışı uğursuzluqla nəticələnib

30 İyun 2018 06:00
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada "Interstellar Technologies Inc" şirkətinə məxsus xüsusi raketin buraxılışı uğursuzluqla nəticələnib.

"Report" xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hadisə iyunun 30-da, yerli vaxtla saat 05:30-da baş verib. On metrlik raket buraxıldıqdan sonra partlayıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Bu, son vaxtlar ölkədə baş vermiş ikinci hadisədir. Analoji hadisə 2017-ci ilin iyulunda da baş verib. "Interstellar Technologies" şirkəti tərəfindən hazırlanmış raketin buraxılışı uğursuzluqla nəticələnib.