Qəbul imtahanından az bal toplayan qız özünü binadan atdı

Qəbul imtahanından az bal toplayan qız özünü binadan atdı

23 İyul 2018 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsindən baku.vvs-ə bildirilib ki, Yeni Günəşlidə binaların birindən gənc qız yıxılıb. Onun 5-ci mərtəbədən düşdüyü bildirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, ölən təxminən 23 yaşlarındadır. Onun intihar etdiyi ehtimal edilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Hadisə şahidlərinin verdikləri məlumata görə, ölən şəxs 25 yaşlı qızdır. Deyilənlərə görə həmin şəxs qəbul imtahanından az bal topladığına görə intihar edib.

Özünü öldürən şəxsin kimliyi araşdırılır.