Türkiyəli diplomat qadın Meksikada itkin düşdü

Türkiyəli diplomat qadın Meksikada itkin düşdü

27 İyul 2018 09:17
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikada Türkiyə səfirliyinin katibi itkin düşüb. Diplomatın itkin düşməsi ilə bağlı ölkənin Baş Prokurorluğu araşdırmalara başlayıb.

Mediainfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.

Milliyyətcə türk olan 29 yaşlı qadının iyulun 2-dən itkin düşdüyü bildirilsə də, səfirliyin müşaviri məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanlarına yalnız iyulun 25-də müraciət edib.

İtkin düşən qadın səfirlikdə ikinci katib vəzifəsində çalışıb.