İspaniyada 2 nəfər istidən öldü
İspaniyada isti hava səbəbindən 2 nəfər dünyasını dəyişib.
Afrikadan şimala doğru axın edən isti hava kütləsi İber yarımadasını cənginə alıb. 2003-cü ildən bəri yarımadada ən yüksək temperatur göstəricisi müşahidə edilib. 40 və 78 yaşlı iki nəfər yüksək temperatur səbəbindən infarkt keçirərək dünyasını dəyişib. Temperaturun 2-3 dərəcə artaraq 43 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Qeyd edək ki, İspaniya və Portuqaliyada ən yüksək temperatur 1977-ci ildə 47 dərəcə qeydə alınıb.( qafqazinfo)
Digər xəbərlər






























































.jpg)
































