Türkiyəyə uçan təyyarə Ukraynada qəzaya düşdü - 5 ölü - Video
Ukraynada “AN-12” tipli təyyarə qəzaya düşüb.
Oxumeni.az-ın “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin infrastruktura naziri Vladislav Krikliy məlumat yayıb.
Onun sözlərinə görə, təyyarə Lvov şəhəri yaxınlığındakı Sokolnik qəbristanlığına düşüb.
Təyyarənin göyərtəsində 8 nəfər olub. Hadisə nəticəsində 5 nəfər həlak olub.
Qeyd olunur ki, “AN-12” İspaniyanın viqo şəhərindən Ukrayna istiqamətində Türkiyənin İstanbul şəhərinə uçurmuş və Lvovda hava limanında yanacaq doldurmalı imiş.
Oxumeni.az
Digər xəbərlər