İtaliyada zəlzələ - Məktəblər təxliyə edildi

İtaliyada zəlzələ - Məktəblər təxliyə edildi

7 Oktyabr 2019 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Səhər saatlarında İtaliyada zəlzələ baş verib.

Oxumeni.az-ın məlumatına görə, təkanlar ölkənin cənubunda Katandzaro vilayətində qeydə alınıb. Təkanların 4 bal gücündə olması barədə xəbər yayılıb.

Zəlzələ yerin 27 kilometr dərinliyində olub. Bununla belə Kalabriya şəhəri və ətrafdakı yaşayış məntəqələri hiss olunacaq qədər silkələnib, əhali təşviş keçirib. Hətta məktəblərdə dərslər dayandırılıb, təxliyə aparılıb.

Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.

Oxumeni.az