Metro qiymətlərinin qalxmasına qarşı etiraz: yüzlərlə yaralı var - VİDEO

Metro qiymətlərinin qalxmasına qarşı etiraz: yüzlərlə yaralı var - VİDEO

21 Oktyabr 2019 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Çilinin paytaxtı Santyaqoda metro qiymətlərinin qalxmasına qarşı etiraz aksiyaları davam edir.

Oxumeni.az xəbər verir ki, iğtişaşlar zamanı 10 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.

Metroda gediş qiyməti cəmi 30 peso (təxminən 10 qəpik) artırılmasına baxmayaraq Santyaqo sakinləri kütləvi etiraz aksiyaları keçiriblər.

3 gün davam edən qarşıdurma zamanı barrikadalar quraşdırılıb, avtobuslar və ticarət mərkəzləri yandırılıb, metro stansiyalarına külli miqdarda ziyan vurulub.

Bununla bağlı paytaxt metrosu fəaliyyətini dayandırıb. Metropolitenə ümumilikdə 220 milyon dollar ziyan vurulub: 77 stansiya dağıdılıb, onlardan 20-si yandırılıb.

Santyaqoda komendant saatı elan edilib, şəhərə ordu birləşmələri yeridilib.