Moskvada “McDonalds”ı qarət etdilər - VİDEO

Moskvada “McDonalds”ı qarət etdilər - VİDEO

24 Oktyabr 2019 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın şimalında “McDonalds” restoranına silahlı hücum olub.

Oxumeni.az xəbər verir ki, naməlum kişi iki tapanca ilə kassiri hədələyərək ondan pul tələb edib və istədyinə nail olandan sonra ərazini tərk edib.

Lakin onu Moskva vilayətində yaxalayıblar. Cinayətkarın ifadə verməsi videoya çəkilib. 36 yaşlı kişinin milliyəti açıqlanmasa da onun qafqazlı olduğu ehtimal olunur.

“Qarət” maddəsi ilə cinayət işi açılıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)