Çilidə etirazçılara görə konqresin binası boşaldıldı

Çilidə etirazçılara görə konqresin binası boşaldıldı

26 Oktyabr 2019 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Çili Milli Konqresinin binası etirazlar səbəbindən boşaldılıb.

Oxumeni.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, metroda gediş haqlarının qalxması əleyhinə mitinq keçirən insanlar Konqres binası yaxınlığında münaqişəyə səbəb olublar. Etirazçılardan bir neçəsi binaya daxil olmağa çalışsa da, onların qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb.

Qeyd edək ki, oktyabrın 6-dan ölkədə metroda gedişhaqqı 30 peso (0,042 dollar) olub. Okyabrın 18-dən başlayan etirazlardan sonra hökumət sosial problemlərin həllinə 1,2 milyard dollar ayıraraq xalqı sakitləşdirməyə çalışıb. Ancaq bunun o qədər də faydası olmayıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)