ABŞ polisinin şok cihazı ilə adam öldürdüyü görüntülər ortaya çıxıb – VİDEO

ABŞ polisinin şok cihazı ilə adam öldürdüyü görüntülər ortaya çıxıb – VİDEO

28 Oktyabr 2019 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da iki polis əməkdaşının şok cihazı ilə 16 yaşlı gənci vuraraq öldürdüyü video görüntü yayımlanıb.

Oxumeni.az xəbər verir ki, yeni yayılan görüntülərdə iki polis 16 yaşlı gənci qovmağa başlayırlar. Həmin gənc qarşısındakı maneəni aşıb qaçmaq istəyərkən polis əlindəki şok cihazı ilə atəş açır. Digər polisin isə “afərin yaxşı vurdun” dediyi eşidilir. Başının arxasından yaralanan gənc həmin yerə yıxılaraq dünyasını dəyişir.

Polis gəncə silah daşıdığından şübhələndiyi üçün atəş açdığını bildirib.

Bir müddət əvvəl baş verən cinayət səbəbilə ölən gəncin ailəsi həmin videonu yayaraq polislərin həbs edilməsini istəyib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)