Boliviyada etirazlarda ən az 30 nəfər yaralanıb

Boliviyada etirazlarda ən az 30 nəfər yaralanıb

29 Oktyabr 2019 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Boliviyada yenidən seçilmiş prezident Evo Moralesin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalar zamanı ən az 30 nəfər yaralanıb.

Oxumeni.az məlumatına görə, bu barədə "Efe" agentliyi bildirib.

Etirazlar Boliviyanın bir neçə şəhərində, o cümlədən La-Pas, Koçabamba və Santa-Crusda keçirilib. Bir nəfər qarnından güllə yarası alaraq xəstəxanaya aparılıb.

Boliviyanın səhiyyə naziri Qabriela Montanyo "Twitter"-də xəsarət alan şəxsin vəziyyətinin kritik olduğunu bildirib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)