Boliviyada etirazçılar radio və televiziyanı mühasirəyə aldı

Boliviyada etirazçılar radio və televiziyanı mühasirəyə aldı

10 Noyabr 2019 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Boliviyada etirazlar zamanı müxalifət tərəfdarları “Patria Nueva” (RPN) dövlət radiostansiyasını və “Bolivia TV” dövlət telekanalını mühasirəyə alıb.

Oxumeni.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə “Patria Nueva”nın direktoru İvan Maldonado məlumat verib.

Direktor qeyd edib ki, onlar jurnalistləri iki saat ərzində binadan çıxmağa qoymayıblar və media orqanının fəaliyyətini dayandırmayacağı təqdirdə, avadanlıqları sındıracaqları ilə hədələyiblər.

Nəticədə radiostansiyanın bütün əməkdaşları iş yerlərini tərk ediblər.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)