Mərdəkan yolunda ağır qəza - Ölənlər var+Video

Mərdəkan yolunda ağır qəza - Ölənlər var+Video

17 Noyabr 2019 13:10
Bəyəndim (1) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi bu gün Bakının Xəzər rayonunda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxumeni.az-a verilən məlumata görə, Mərdəkan yolunda baş verən qəza barədə Təcili Tibbi Yardıma çağırış 10:52-də daxil olub.

Hadisə zamanı 2 nəfər yerində dünyasını dəyişib. Digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq isə kritik vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılıb.

Hadisə yerindən videonu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)