Rəsmi Tehran ABŞ-ın İrandakı etirazlara dair bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab edir

Rəsmi Tehran ABŞ-ın İrandakı etirazlara dair bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab edir

18 Noyabr 2019 10:11
Bəyəndim (3) Bəyənmədim (0)

Rəsmi Tehran ABŞ-ın İrandakı etirazlara dair bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab edir.

Oxumeni.az-ın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi bildirib.

A. Musavi ABŞ Dövlət Departamentinin İrandakı etirazlarla bağlı açıqlamasını pisləyib: "Böyük İran xalqı bu cür ifadələrin heç bir səmimiliyi olmayan riyakarlıq və münafiqlik olduğunu yaxşı bilir. ABŞ iqtisadi terrorçuluqla təzyiq altında saxladığı bir xalqın “dərdin”ə şərik çıxdığını bildirir. Bir müddət öncə ABŞ xarici işlər naziri “İran xalqını ac saxlamaq lazımdır ki, təslim olsunlar” demişdi”.

Qeyd edək ki, İranda benzinin qiymətinin artması səbəbi ilə etiraz aksiyaları keçirilir. Noyabrın 15-də aksiyalar zamanı bir nəfərin öldüyü və onlarla insanın yaralandığı bildirilib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus ölkəsinin "səbirli İran xalqını" dəstəklədiyini açıqlayıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)