Polis aksiyanı dağıtmağa başladı - Fotolar+Video

Polis aksiyanı dağıtmağa başladı - Fotolar+Video

18 Noyabr 2019 22:52
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstanın xüsusi təyinatlıları Tbilisidə etiraz aksiyasını dağıtmağa başlayıb.

Oxumeni.az Gürcüstan mediasına istinadən xəbər verir ki, polis su şırnaqlarından, dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edir. Nümayişçilərdən bir neçəsi xüsusi təyinatlılara mane olmaq üçün yerə uzanıb.

Hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasının deputatları isə polisin köməyi ilə parlament binasına daxil olublar. Millət vəkilləri büro iclasına hazırlaşırlar.

Bununla belə, gənclər hərəkatı iştirakçılarının, müxalif partiya liderlərinin etirazları səngimək bilmir. Etirazçılar parlament binasını mühasirəyə almaq istəyirlər. Polislə vaxtaşırı toqquşmalar yaşanır. Onlar Rustaveli prospektini tərk etmək niyyətində olmadıqlarını bildiriblər.

Polis yüzlərlə etirazçının qurduğu çadırları yığışdırıb.

Qeyd edək ki, noyabrın 14-də parlament seçkilərində proporsional sistemə keçidlə bağlı düzəlişlər qəbul edilmədiyi üçün Tbilisidə aksiyalar keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)