İran polisi 21 tondan çox narkotik vasitə müsadirə edib

İran polisi 21 tondan çox narkotik vasitə müsadirə edib

19 Noyabr 2019 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 2-dən 8-dək İranın bir sıra vilayətlərində keçirilən əməliyyat tədbirləri nəticəsində 21 ton 173 kiloqram narkotik vasitə müsadirə olunub.

Oxumeni.az xəbər verir ki, bu barədə İranın Narkotiklərə Qarşı Mübarizə Komitəsinin nümayəndəsi Naser Aslani məlumat verib. O bildirib ki, polis və təhlükəsizlik orqanlarının birgə əməliyyatı zamanı ən çox narkotik vasitə Sistan-Bəlucistan vilayətində ələ keçirilib. Bu vilayət Əfqanıstan ilə sərhəddə yerləşir. Qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edərək narkotik maddələri Avropaya daşımağa çalışırlar. Lakin həyata keçirilən tədbirlər nəticəsində qaçaqmalçılığın qarşısı alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)