Kolumbiyada komendant saatı elan olundu

Kolumbiyada komendant saatı elan olundu

23 Noyabr 2019 09:00
Bəyəndim (1) Bəyənmədim (0)

Kolumbiyanın paytaxtı Boqotada kütləvi etirazlara görə komendant saatı elan olunub.

Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin meri Enrike Penalosa bəyan edib ki, qərar Prezident İvan Duke Markesin tapşırığına əsasən verilib. Bildirilir ki, əsasən tələbələrin qatıldığı nümayişlər zamanı paytaxtda asayiş pozulub, hətta polis cümə günü Bolivar meydanında etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, aksiyaya qatılanlar Duke hökumətinin sosial və iqtisadi siyasətinə etiraz edirlər. Onlar səs-küy salmaq üçün küçələrə qazan və tavalarla çıxırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)