Etiraz aksiyasının iştirakçıları parlamentin binasını əhatəyə alıblar

Etiraz aksiyasının iştirakçıları parlamentin binasını əhatəyə alıblar

26 Noyabr 2019 10:16
Bəyəndim (1) Bəyənmədim (0)

Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası davam edir.

Oxumeni.az xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan parlamentinin binasını əhatəyə alıblar. Aksiya iştirakçılarının bir qismi gecəni parlamentin binası qarşısında keçirəcək. Onlar üçün çadırlar qurulub.

Mitinqə Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili də qatılıb. Sabiq dövlət başçısı deyib ki, hakim Gürcü Arzusu Partiyası xalqı aldadıb və ölkə ictimaiyyəti bu təhqiri unutmayacaq.

Polis parlament binasının bütün girişlərini nəzarətə götürüb. Etirazçıların sabah səhər saatlarında parlament binasını blokadaya alacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)