İki helikopterin toqquşması nəticəsində 13 fransalı hərbçi həlak olub
Malidə keçirilən əməliyyat zamanı iki hərbi helikopterin toqquşması nəticəsində 13 fransalı hərbiçi həlak olub.
Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun administrasiyası məlumat yayıb.
Fransa prezidenti həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin regiondakı əməliyyatlarda iştirak edən fransalı hərbçilərə dəstəyini ifadə edib.
Noyabrın əvvəlində Fransanın Müdafiə naziri Florans Parli Mali, Burkina-Faso və Nigerin sərhədlərinin kəsişməsində silahlı qruplaşmalara qarşı “Bourgou 4” əməliyyatının başlandığını elan edib. Fransalı hərbçilər 2014-cü ildən aparılan “Barkhane” əməliyyatı çərçivəsində fəaliyyət göstərəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az













































.jpg)
.jpg)






.jpg)





















.jpg)


















