İraqda polislə etirazçılar arasında toqquşma oldu - 25 ölü, 223 yaralı

İraqda polislə etirazçılar arasında toqquşma oldu - 25 ölü, 223 yaralı

28 Noyabr 2019 22:15
Bəyəndim (1) Bəyənmədim (0)

İraqın Ən-Nasir şəhərində təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə etirazçılar arasında toqquşma olub.

Oxumeni.az “Əl Ərəbiyə” kanalına istinadən xəbər verir ki, nəticədə 25 nəfər ölüb, 223 nəfər yaralanıb.

Xatırladaq ki, bir qədər əvvəl Baş Nazir Adel Abdel Mehdi şəhərdə nizam-intizam yaratmaq üçün göndərilən generalı işdən çıxarıb. Mitinqçilər şəhərdə iki körpünü tutublar. Yerli hökumət komendant saatı elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az