Şimali Koreyanın buraxdığı raketlər 380 kilometr uçub

Şimali Koreyanın buraxdığı raketlər 380 kilometr uçub

28 Noyabr 2019 19:45
Bəyəndim (1) Bəyənmədim (0)

Koreya Xalq Demokratik Respublikası (KXDR) noyabrın 28-də nəhəng buraxıcı qurğudan buraxdığı 2 raket maksimum 97 kilometr hündürlükdə təxminən 380 kilometr uçub.

Oxumeni.az Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahının məlumatına istinadla xəbər verir ki, raketlər yerli vaxtla 16:59-da Cənubi Hamqon vilayətindən 30 saniyə interval ilə şərq istiqamətində buraxılıb. Güman olunur ki, bu, 600 millimetr diametri olan nəhəng buraxıcı qurğu vasitəsilə həyata keçirilən 4-cü raket sınağıdır. Bundan əvvəl avqust, sentyabr və oktyabr aylarında eyni qurğudan raketlər buraxılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az