Türkiyədə bir ayda dördüncü dəfə sionid intiharı - Video

Türkiyədə bir ayda dördüncü dəfə sionid intiharı - Video

29 Noyabr 2019 13:12
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyənin Antalya şəhərində CHP-nin Döşemealtı filialının Gənclik Təşkilatının sabiq rəhbəri Eren D. avtomobilinin yanında ölü tapılıb. Dostuna intihar edəcəyinə dair ismarıc yollayan 30 yaşlı gəncin avtomobilinin pəncərəsinə sionid turşusu ilə intihar etdiyi ilə bağlı qeyd yazdığı da bildirilir.

Bu barədə “Son Dakika” xəbər yayıb.

Hadisə dünən gecə saat 21:00 radələrində Döşemealtı şəhərində qeydə alınıb.

Muratpaşada təsbeh dükanı olan və bəzək əşyalarının təmiri ilə məşğul ola Eren D. avtomobili ilə Döşemealtı-Korkuteli yolundakı meşəlik əraziyə gəlib.

İddiaya görə, burada o, cib telefonu ilə dostuna intihar edəcəyi ilə bağlı ismarıc yollayıb. Dostu dərhal polisi bu barədə məlumatlandırıb. Bundan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb olunub. Hadisə yerinə gəldikdə isə gənc avtotomobilinin yanında ölmüş halda tapılıb.

Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.

Nəşrin məlumatına görə, bu, Türkiyədə bir ayda baş verən dördüncü sionid intiharıdır. Bundan əvvəl İstanbulda dörd qardaş iqtisadi çətinliklə bağlı özlərinə qəsd ediblər. Bu hadisədən az sonra Antalyada kişi internetdən aldığı sionid turşusu ilə arvadını, oğlunu və qızını zəhərləmiş, ardınca isə özünü öldürmüşdü.

O da yazdığı məktubda doqquz aydır işləmədiyini və maddi çətinliklə üzləşdiyini bəyan etmişdi. Hadisədən bir neçə gün sonra isə tanınmış biznesmen İstanbuldakı evində arvadını və yeddi yaşlı oğlunu eyni üsulla zəhərlədikdən sonra intihar etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)