Avtobus qəzası nəticəsində ölənlərin sayı 8-ə çatıb

Avtobus qəzası nəticəsində ölənlərin sayı 8-ə çatıb

3 Dekabr 2019 11:54
Bəyəndim (1) Bəyənmədim (0)

Dekabrın 3-də səhər saat 5 radələrində Qazaxıstanın Qızılorda-Kumkol avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 8-ə çatıb. Bundan başqa, 22 nəfər xəsarət alıb.

Oxumeni.az xəbər verir ki, ölənlər və xəsarət alanlar Qazaxıstan vətəndaşlarıdır. Neft şirkətinə məxsus avtobusdakı sərnişinlərin hamısı həmin şirkətin əməkdaşları olublar.

Qazaxıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi avtobusun yolların buz bağlaması səbəbindən sürücünün idarəetməni itirməsi nəticəsində qəzaya uğradığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az